- Baxış sayı: 47
- 18 Dekabr 2025 19:01
- Baxış sayı: 55
- Dekabr 18, 2025
- 0

“Mançester Siti”nin rəhbərliyi hazırkı baş məşqçi Pep Qvardiolanın mümkün gedişi ilə bağlı gələcək planlarını hazırlayıb.
Allsport.az xəbər verir ki, kataloniyalı mütəxəssisin vəzifəsindən ayrılacağı təqdirdə onu “Çelsi”nin hazırkı baş məşqçisi Enzo Mareskanın əvəzləyəcəyi gözlənilir. Qvardiolanın “şəhərlilər”lə müqaviləsi 2027-ci ilə qədər olsa da, klub rəhbərliyi onun gələn yay komandanı tərk etmə ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
45 yaşlı Mareska “Mançester Siti”yə yad sima deyil. O, 2022-2023-cü illər mövsümündə Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib.