- Baxış sayı: 31
- 21 Yanvar 2025 23:54
- Baxış sayı: 177
- Yanvar 19, 2025
- 0
Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətini hücumçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.
Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.