- Baxış sayı: 36
- 17 Dekabr 2024 23:44
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov “Qarabağ”la oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, gənc mütəxəssis səfərdə 0:5 hesabı ilə məğlub olduqları görüş haqda bunu deyib:
“Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir. Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam.
Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda “Kəpəz”lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmaq üçün vaxtımız var”.