- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi start götürüb. Allsport.az xəbər verir ki, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirin açılış mərasimi idmançıların paradı ilə başlayıb.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov tədbirdə çıxış edərək bu ilin Azərbaycan atletləri, xüsusilə güləşçilər üçün uğurlu olduğunu bildirib. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda artan uğurlarından danışan T.Eyvazov güləşçilərimizin bu il mötəbər turnirlərdə 78 medal qazandıqlarını vurğulayıb. Yeniyetmələrin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğulayan natiq bu turnirdə bütün bölgələrdən 350-dək idmançının iştirak etdiyini bildirib.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov federasiyanın rəhbəri Fazil Məmmədovun adından idmançılara uğurlar arzu edib. Son illər ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən danışan Ə.Cəfərov ənənəvi turnirin keçirilməsində məqsədin Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında güləşin inkişafına və kütləviliyinə nail olmaq, idmançılara Vətənə məhəbbət hisslərini aşılamaq olduğunu qeyd edib. Baş katib, həmçinin bu turnirin gələn il beynəlxalq status alacağını vurğulayıb.
Sonra dövlət himni səsləndirilib.
Yarışların ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 120 yeniyetmə pəhləvan mübarizə aparıb.
42 kq
FINAL – Zaur Əliyev (Lokomotiv) – Omid Arami (İran) 0:8
Bürünc medal görüşü – Rəvan Rəcəbov (Sumqayıt) – Cavid Məmmədov (Kürdəmir) 6:2
Bürünc medal görüşü – Telman Əliyev (Gəncə, TİM) – Əsgər Əlizadə (Cəngi GK) 5:0
46 kq
FİNAL – Fail İsgəndərov (Cəngi GK) – Zöhrab Sarıyev (Beyləqan) 5:0
Bürünc medal görüşü – Mirsirac Həsənli (Şirvan) – Coşqun Xudaverdiyev (Beyləqan) 8:0
Bürünc medal görüşü – Amil Axundov (Şəmkir) – Murad Quliyev (Bakı GK) 2:8
50 kq
FİNAL – Fazil Mirzəyev (Beyləqan) – Poya Dad Marz (İran) 2:3
Bürünc medal görüşü – Zaur Nuriyev (Məhsul İC) – Fərdi Hümbətov (Zəngilan) 1:0
Bürünc medal görüşü – Fərid Qafarov (6 saylı UGGİM) – Reza Mayeli (İran) 0:8
54 kq
FİNAL – Məhəmməd Mehdiyev (Şəmkir) – Toğrul Quluzadə (ROİL) 2:1
Bürünc medal görüşü – Cavid Orucov (Neftçi İK) – İbrahim Mürsəliyev (Bakı GK) 4:1
Bürünc medal görüşü – Elnur Musayev (Neftçi İK) – Nurlan Dadaşov (Şirvan, Neftçi İK) 4:9
58 kq
FİNAL – Elnur Əsədov (Sumqayıt) – Mohammedreza Moxtari (İran) 0:5
Bürünc medal görüşü – Məhərrəm Bayramov (Goranboy) – Cavidan Cavadov (Abşeron) 1:3
Bürünc medal görüşü – Murad Abbasov (Həyat GK) – Rəvan Həşimov (Olimp İK) 3:5
63 kq
FİNAL – Davud Əlmuradov (Məhsul İC) – Ramin Cəfərov (Neftçi İK) 0:2
Bürünc medal görüşü – Ruslan Hadisov (Balakən) – Sərxan Kərimov (MOİK) 3:7
Bürünc medal görüşü – Cavid Miralıyev (Hövsan GK) – Eldar Şıxməmmədov (Qusar) 5:0