- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünya Güləş Birliyi cari ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sıralamada 10 milli üzvünün adı daxil edilib.
Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev Las Veqasda keçirilən dünya çempionatında da qızıl medal qazanmaqla reytinqdəki mövqeyini daha da möhkəmləndirib. O siyahıda ilk sırada qərarlaşıb. Dünya çempionatında yalnız finalda məğlub olan Rövşən Bayramov öz çəkisinin reytinq siyahısında ikinci pilləyə yüksəlib.
Dünya çempionatının bürünc medalçısı Saman Təhmasibi reytinqdə 4-cü olub. Çempionatı 5-ci sırada tamamlayan Elvin Mürsəliyev və Sabah Şəriəti isə müvafiq olaraq 5-ci pillədə qərarlaşıblar. İlk onluqda yer alan güləşçilərimizdən biri də Rafiq Hüseynovdur. O, siyahıda 8-ci sıradadır.
59 kq – 2. Rövşən Bayramov – Dünya çempionatı 2-ci yer (nr), 12. Elman Muxtarov – Avropa Oyunları 3-cü yer (5)
66 kq – 12. Həsən Əliyev – Avropa Oyunları 3-cü yer (8)
71 kq – 1. Rəsul Çunayev – Dünya çempionatı 1-ci yer (1)
75 kq – 5. Elvin Mürsəliyev – Dünya çempionatı 5-ci yer (4)
80 kq – 8. Rafiq Hüseynov – Avropa Oyunları 2-ci yer (2)
85 kq – 4. Saman Təhmasibi – Dünya çempionatı 3-cü yer (nr), 13. İslam Abbasov – Paris Qran Pri turniri 3-cü yer (7)
98 kq – 18. Orxan Nuriyev – Paris Qran Pri turniri 3-cü yer (7)
130 kq – 5. Sabah Şəriəti – Dünya çempionatı 5-ci yer (10)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.