- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq yarışında qızıl medal qazanan Rəsul Çunayev (72 kq) ötənilki nəticəsini təkrarlayıb. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçisi Vətənə qayıdarkən, İstanbulda müayinədən keçib. Rio olimpiadasının bürünc mükafatçısı duruma belə aydınlıq gətirib:
“Bir il yarım öncə 4-cü əməliyyatdan sonra zarafat üçün demişdim ki, belə getsə, əməliyyatlar üzrə çempionatlara qoşulacağam. Deyəsən, doğurdan elə olacaq. Çünki artıq həkimlər mənə xəbərdarıq etdilər ki, bel ağrılarıyla zarafat etmək olmaz və hər yarışda ağrı kəsici ilə iştirak etmək olmaz və əvəl axır əməliyyat etmək məsləhətdir. Nə qədər ki, daha pis problər ortaya çıxmayıb.
İdman karyerası və sağlamlığ arasında seçim etmək doğurdan da çətindir. Çünki idman mənim həyatımın bir hissəsidir, amma sağlamlıq daha önəmlidir. Təki əməliyyatla düzələn problemlər olsun, Allah betərindən qorusun bizi. Amin.
Səbr edib Allah şükür etmək lazımdır, qalan işlər düzələr, İnşaAllah. Dostumuz Sənana və Rüstəmə təşəkkür edirəm ki, sağlamlığım haqqında daha yaxından tanış olmağa yardım etdilər”.