- Baxış sayı: 66
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 26
- Dekabr 16, 2025
- 0

«Ötən il mənim üçün uğurlu keçdi. İlin əvvəlində Tehranda keçirilən dünya kubokunda baş mükafata sahib çıxdıq. Sentyabrda ABŞ-ın Las Veqas şəhərində təşkil olunan dünya çempionatında qızıl medal qazındım». Bu açıqlamanı allsport.az saytına yunan-Roma güləşçisi Rəsul Çünayev dedi. Titullu bahadır bildirdi ki, 2016-cı ildə əsas hədəfi Rio oyunlarına lisenziya qazanıb həmin yarışlarda uğurlu çıxış etməkdir:
«Dünya çempionu adına 71 kq-da yiyələndim. Bu çəki dərəcəsi olimpiya oyunlarına vəsiqə vermir. Məqsədim, çəkimi dəyişməkdir. Fikrimcə, 66 kq-da vəzifəmin öhdəsindən gələcəyəm. Olimpiya oyunlarında iştirak hər bir idmançının arzusudur. Hazırda yaxşı formada olarkən, bu fürsətdən niyə istəfadə etməyim»?