Rəsul Çunayev dünya reytinqində 3-cü yerdədir

Dünya Güləş Birliyi bu ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “klasssiklər”in siyahısında 10 təmsilçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Rio oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) əmsalda 3-cü, Sabah Şəriəti (130 kq) 4-cü yerdədir. Dünya çempionatının bürünc mükafatçısı Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sıradadır.

Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu mövqedədir.

 

Həmin kateqoriyadan