- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Dünya Güləş Birliyi cari ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bizdən siralamada 9 pəhləvan yer alıb. Son dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub.
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır (Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib).
59 kq
2. Rövşən Bayramov – Dünya çempionatı 2-ci yer (2)
66 kq
9. Həsən Əliyev – Avropa çempionatı 3-cü yer (71 kq) (9)
71 kq
1. Rəsul Çunayev – Dünya çempionatı 1-ci yer (1)
75 kq
8. Elvin Mürsəliyev – Qızıl Qran Pri 3-cü yer (6)
80 kq
5. Rafiq Hüseynov – Qızıl Qran Pri 2-ci yer (5)
85 kq
6. Saman Təhmasibi – Dünya çempionatı 3-cü yer (5)
20. İslam Abbasov – Qızıl Qran Pri 3-cü yer (13)
98 kq
15. Orxan Nuriyev – Avropa çempionatı 5-ci yer (nr)
130 kq
10. Sabah Şəriəti – Qızıl Qran Pri 1-ci yer (4)