- Baxış sayı: 62
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Rəvan”ın yeni baş məşqçisi bəlli olub. Allsport.az xəbər verir ki, klub rəhbərliyi “aslanlar”ı Emin Quliyevə tapşırıb.
Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın sabiq məşqçisi son mövsümdə işsiz idi. “Rəvan” rəhbərliyi onunla bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Rəvan”ın Premyer Liqada iştirakı son anda dəqiqləşib. Paytaxt klubu çempionatdan imtina etmiş “Simurq”u əvəzləyib.