Rafael Petri artıq Azərbaycandadır

“Gəncə” VK-nın baş məşqçisi, braziliyalı mütəxəssis Rafael Petri Azərbaycana gəlib və voleybolçularla ilk məşqlərə başlayıb.

Allsport.az xəbər verir ki, komanda ilə yeni mövsümə iddialı başlamağı hədəfləyən braziliyalı mütəxəssis hazırda voleybolçuları qarşıdakı yarışlara hazırlayır.

44 yaşlı çalışdırıcı ötən mövsüm Perunun “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, komandanın 31 ildən sonra qazandığı ilk titul olub.

Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çex respublikasında müxtəlif klublarda fəaliyyət göstərib. O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarını çalışdırıb, 2020–2022-ci illərdə isə Meksika millisinin baş məşqçisi olub.

Həmin kateqoriyadan