- Baxış sayı: 26
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Bu günlərdə Bakıda karatenin şotokan növü üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, İran, Rusiya, Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançı mübarizə aparıb.
Bu sınaqda yer tutanlar arasında Rafael Zeynalov fərqlənib. 5 ay karate ilə məşğul olmasına rəğmən, Bakı birinciliyini və Sumqayıt çempionu olan 8 yaşlı istedad, dünya kubokunda 2-si yer tutub. Onun məşqçisi Əli Rəcəbov da tələbəsindən razıdır.
“Qara qaplan” klubunun idmançısı hər yarış öncəsi WKF üzrə 5-qat dünya və 10-qat Avropa çempionu Rafael Ağayevdən ilhamlanır. Zeynalov növbəti sınağı dekabrın 13-də İstanbulda açıq çempionatında qüvvəsini sınayacaq.