- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan ordusunun baş qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Macarıstanda keçirilmiş Avropa çempionatında növbəti dəfə qızıl medal qazanan yunan-Roma güləşçisi Rafiq Hüseynovla görüşüb.
Allsport.az saytı xəbər verir ki, o, müdafiə nazirliyini adından MOİK-in idmançısını qələbə münasibətilə təbrik edib.
Kərim Vəliyev toplantının sonunda baş leytenanta vaxtından əvvəl növbəti hərbi rütbənin verilməsi barədə müdafiə nazirinin müvafiq əmrini çatdıraraq, ona “kapitan” poqonlarını və qiymətli hədiyyə təqdim edib.
Rafiq Hüseynov olimpiya mükafatçısı, dünya və 3-qat Avropa çempionudur.