VİDEO
Rahid Əmirquliyev məğlubiyyətə nə haqq qazandırdı?

“Futbolçularda yorğunluq yox idi. Ola bilər kimsə kənardan yaxşı, kimsə ləng görsənir”. Allsport.az saytı sportlife.az-a istinadən xəbər verir ki, bu sözləri dünən Norveçə məğlub olduğumuz (0:1) oyundan sonra milli komandamızın üzvü Rahid Əmirquliyev deyib. Yarımmüdafiəçi rəqibdən zəif oynamadıqlarını bildirib:

“Məncə bu oyunda Norveçdən zəif çıxış etmədik. Sadəcə hər zamankı kimi standart vəziyyətdən qol buraxdıq. Bunun üzərində çalışmışdıq, amma yenə belə alındı. Rəqib qapısına zərbə endirmək üçün həmin epizodu yaratmaq lazımdı. 2-3 dəfə belə bir imkanımız oldu. Təəssüf ki, belə alındı”.

Həmin kateqoriyadan