- Baxış sayı: 38
- 04 Aprel 2025 21:26
- Baxış sayı: 41
- Aprel 04, 2025
- 0
Azərbaycan millisinin sabiq müdafiəçisi Rail Məlikov Türkiyənin “Dənizlispor” klubuna qayıdır. Allsport.az xəbər verir ki, bu barədə yerli mətbuata PTT 1-ci Liqasında baş verən məşqçi dəyişikliyindən sonra Özcan Bizatinin yerinə baş məşqçi təyin olunan Əngin İpəkoğlu məlumat verib.
Belə ki, yeni çalışdırıcı Bizatinin komandadan qovduğu Raili kluba qaytaracağını deyib. Bundan əlavə o, ayrılması gündəmdə olan daha bir neçə futbolçunu da heyətdə saxlayıb.
Qeyd edək ki, Məlikov baş məşqçidən icazə alaraq Azərbaycana gəlmiş, daha sonra məşqlərə bir gün gecikdiyi üçün komandadan qovulmuşdu.