- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ağırlıqqaldırma federasiyası maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Qobustan, Suraxanı və Astaradakılardan sonra növbə Bakının Ramana qəsəbəsindəki zala çatıb. AAAF “Spartak” Könüllü İdman Cəmiyyəti və “Şahin-N” İdman Klubunun balansında olan bu məkanda təmir-bərpa işləri həyata keçirib.
2007-ci ildə istifadəyə verilən bu ağır atletika zalı o vaxtdan bu günə qədər təmi olunmamışdı. Gündəlik 20 ağır atletin rahat məşq edə bildiyi, lazımi avadanlıqlara təmin olunan zalda döşəmələr yenilənib, divarlar rənglənib, sanitar qovşaq təmir edilib, otaqların qapıları dəyişdirilib, binanın fasadına yeni üzlük çəkilib, bir sıra digər təmizlik və bərpa işləri həyata keçirilib.
Ramanadakı bu zaldan dünya və Avropa çempionatları, digər beynəlxalq yarışların iştirakçıların, qalib və mükafatçıları çıxıblar. Onların içərisində Nailxan Nəbiyev, Sənan Mirzəyev, Fuad Səlimov, Rüfət Nəbiyev, Kosalı İsmalıyov, Rauf Nəbiyev, Nail İsmayılov, Roland Piriyev və başqalarının adını çəkmək olar. Hazırda burada məşq edənlər də uğurlarını davam etdirirlər. Belə ki, martın 2-3-də keçirilən Azərbaycan çempionatında 5 medalçı məhz Ramanada yerləşən və yenilənən zaldandırlar.
Zala rəhbərlik edən təcrübəli mütəxəssis Xannar Nəbiyev də görülən işlərdən razılığını dilə gətirdi. O, federasiyanın infrastrukturun yenilənməsinə verdiyi diqqəti yüksək qiymətləndirdi və bu addımların gələcəkdə ağır atletlərə beynəlxalq yarışlarda uğur qazanmaq üçün böyük stimul olduğunu bildirdi.