- Baxış sayı: 25
- 08 Aprel 2025 22:35
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
11-12 oktyabrda Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Qədirovun kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi ilə yarışa milli komandanın 8 üzvü iştirak edəcək.
Heyətdə Namiq Sevdimzadə (57 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi – 65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edəcək.