Raul məşhur klubun baş məşqçisi ola bilər

Raul Qonzales “Şalke”nin baş məşqçisi ola bilər.

Allsport.az xəbər verir ki, Almaniya klubu Miladdan əvvəl idman direktoru Mark Vilmots, baş məşqçi Karel Qerarts və köməkçisi Tim Smuldersi istefaya göndərib. Qışda “şaxtaçılar” artıq ispaniyalı mütəxəssisi dəvət etməyə çalışsalar da, o, “Kastilya”da qalmağa üstünlük verib.

Raulun hazırkı komandası ilə müqaviləsi yaya qədər qüvvədədir. Onun karyerasında yeni mərhələyə keçməyə qərar verəcəyi gözlənilir. “Şalke”nin hazırki baş məşqçisi Kis van Vonderen yayda komandadan ayrılsa, alman klubu yenidən Raulla anlaşmağa çalışacaq.

Raul 2010-2012-ci illərdə “Şalke”də çıxış edib.

Həmin kateqoriyadan