- Baxış sayı: 5
- 26 Mart 2026 18:28
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

“Real Madrid”in futbolçusu Vinisius Junior klubunu dəyişmək niyyətində deyil.
Allsport.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu insayder Fabritsio Romanoya açıqlamasında bildirib.
25 yaşlı Vinisius “kral klubu”nda qalmaq istədiyini deyib: “Real Madrid”lə müqaviləmin uzadılması tezliklə başa çatacaq. Hazırda 2027-ci ilə qədər sözləşməm var. Tələsik nəsə etməyə ehtiyacımız yoxdur, vaxtımız var. Prezident Florentino Pereslə bir-birimizə güvənirik. Klub üçün əlimdən gələn hər şeyi etmək üçün buradayam. “Real Madrid” tarixinin əfsanəsi olmaq istəyirəm”.
Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, Madrid təmsilçisinin heyətinə keçirdiyi 300 oyunda 102 qol və 76 məhsuldar ötürmə müəllifi olub.
Daha əvvəl Vinisius Juniorun Səudiyyə Ərəbistanı təmsilçilərindən 1 milyard avro dəyərində təklif aldığı deyilirdi.