- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Real Madrid” çempionlar liqasında “Benfika” ilə oyun zamanı (1:0) Vinisius Juniora qarşı baş verən irqçilik halları ilə bağlı UEFA-ya rəsmi sübutlar təqdim edib.
Allsport.az xəbər verir ki, klubun bəyanatında bildirilir ki, Lissabondakı matçda həm rəqib oyunçu Canluka Prestianni, həm də azarkeşlər tərəfindən irqçi hərəkətlərə yol verilib
Qaydalara əsasən 10 dəqiqə dayandırılan oyunla bağlı UEFA araşdırmalara başlayıb.
“Marca”nın məlumatına görə, azarkeşlərin tribunadakı jestləri görüntülərlə təsdiqlənsə də, Prestianninin təhqirlərini sübut etmək daha çətindir, çünki o, danışarkən ağzını köynəyi ilə örtüb. “Real” rəhbərliyi bu cür halların idmandan tamamilə kənarlaşdırılması üçün sərt addımlar atılacağını bəyan edib.