- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in mərkəz müdafiəçisi Xesus Valyexonun klubu tərk etmək ehtimalı yüksəkdir.
Allsport.az xəbər verir ki, 28 yaşlı ispaniyalı bu ay klubunu dəyişmək niyyətindədir və bu səbəbdən müdafiəçi hətta “Real”ın qarşıdakı kubok matçı üçün heyətə də daxil edilməyib.
Bu mövsüm Valyexo İspaniya çempionatının cəmi bir oyununda meydana çıxıb. Onun müqaviləsi gələn ilin yayında başa çatır.