- Baxış sayı: 28
- 16 Yanvar 2025 16:23
- Baxış sayı: 347
- Yanvar 15, 2025
- 0
“Real”ın sabiq hücumçusu Antonio Kassano maraqlı açıqlama ilə gündəmə gəlib.
Allsportaz xəbər verir ki, italiyalı keçmiş futbolçu “Barselona” klubuna olan sevgisindən danışıb:
“Real Madrid”də oynamışam, amma “Barselona”da oynamaq imkanım heç vaxt olmayıb”. Amma “Barselona”ya aşiqəm. Məni ən çox dəli edən “Barsa”nın oyun tərzidir. Orada onlar təkcə qələbə haqqında deyil, həm də futboldan həzz almaq haqqında düşünürlər. Topa sahib olmaq, hücum oyunu. Heç bir komanda bunu belə etmir. Katalonların cəsarətli yanaşması var, onlar heç nədən qorxmurlar”.
Kassano 2006-2008-ci illərdə “kral klubu”nda çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 29 matçda iştirak edərək, 4 qol vurub.