- Baxış sayı: 32
- 12 Mart 2026 11:01
- Baxış sayı: 106
- Mart 11, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real”a məğlubiyyəti (0:3) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis dəf edilən penaltinin vacibliyini vurğulayaraq hesabın 0:3 olmasının 0:4-dən daha yaxşı nəticə olduğunu bildirib: “Mən mütləq geri dönüş edəcəyimizi deyən biri deyiləm, lakin biz buna çalışacağıq. Oyunun böyük hissəsində öz futbolumuzu nümayiş etdirə bildik, lakin lazımi qolu vura bilmədik. “Real”ın fantastik oyunçuları var və onlar bu gün çox yaxşı çıxış etdilər. Biz çoxlu vəziyyət yaratdıq, bizə sadəcə daha çox dəqiq ötürmə lazım idi”.
Komandalar arasında cavab qarşılaşması martın 17-də İngiltərədə baş tutacaq.