“Red Bull Qaçaqaç”: Qışın ən sürətli yarışı

9 fevralda “Şahdağ” turizm mərkəzində keçiriləcək “Red Bull Qaçaqaç” – qışın ən ekstremal və əyləncəli yarışlarından biri olacaq.

Allsport.az xəbər verir ki, snoubord və xizək sürənlər sürət, çeviklik və yaradıcılıqlarını nümayiş etdirərək müxtəlif nominasiyalarda qalib olmaq üçün mübarizə aparacaqlar.

18 yaşdan yuxarı hər kəsin iştirak edə biləcəyi yarışda əsas qayda sadədir.

İştirakçılar 2351 metr hündürlükdə yerləşən start nöqtəsindən xizək və snoubordlarına tərəf 100 metr qaçmalı, onları tez bir zamanda geyinib ən sürətli şəkildə finiş xəttinə çatmalıdırlar. Fiziki dözümlülük, çeviklik və taktiki düşüncə burada əsas rol oynayacaq.

Yarış çərçivəsində beş fərqli kateqoriya üzrə qaliblər seçiləcək:

  • Ən sürətli snoubordçu (qadın)
  • Ən sürətli snoubordçu (kişi)
  • Ən sürətli xizəkçi (qadın)
  • Ən sürətli xizəkçi (kişi)
  • Ən kreativ geyim nominasiyası
azenrutr