- Baxış sayı: 12
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Bakı olimpiya stadionunda premyer liqa və 1-ci diviziona təyinat alan hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələr iştirakçılara təqdim edilib.