Rekord say qeydə alındı

“Zirvə” İdman Klubunun Azərbaycandakı klub-filiallarının yarışları başa çatıb. Allsport.az xəbər verir ki, birincilik “Zirve İnternational Sport Clubs”un Final mərhələsinin 2-ci seçmə mərhələsi xarakteri daşıyırdı.

Bu dəfə əvvəlkindən daha çox ağır atlet çıxış edib ki. “Neftçala-Zirvə”nin 85, “Lənkəran-Zirvə” və “Lerik-Zirvə”nin 235, “Samux-Zirvə”, “Qazax-Zirvə”, “Goranboy-Zirvə”, “Şəki-Zirvə”nin 85, “Xırdalan-Zirvə”, “Masazır-Zirvə”, “Sumqayıt-Zirvə”, “Qobustan-Zirvə”, “Şamaxı-Zirvə” və “İsmayıllı-Zirvə”nin isə 135 idmançısı körpücük üzərinə qalxıb.

Ümumilikdə 550-dən çox atlet “Zirvə”nin yarışına qatılıb ki, bu da ötən yarışlardan azı 50 nəfər çoxdur.

Həmin kateqoriyadan