- Baxış sayı: 31
- 26 Mart 2026 20:22
- Baxış sayı: 222
- Mart 26, 2026
- 0

“Mançester Yunayted” hücumçusu Markus Reşfordun qiymətini açıqlayıb.
Allsport.az xəbər verir ki, qırmızı şeytanlar 27 yaşlı futbolçunu 60 milyon avroya satmağa hazırdır.
Reşforda maraq göstərən klublar arasında “Barselona”, “Napoli”, PSJ, “Əl-Nəsr”, “Əl-Hilal”, “Əl-Əhli”, “Əl-İttihad”, “Əl-Qədisiyə” və “Arsenal” var.
Markusun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. O, bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.