- Baxış sayı: 74
- 09 Mart 2025 11:11
- Baxış sayı: 111
- Aprel 14, 2025
- 0
“Davam” gənclər hərəkatının bir qrup üzvü respublika velotrekinin qonağı olub. Allsport.az saytı xəbər verir ki, qonaqlar öncə idmançılar üçün yaradılan şəraitlə, dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi ilə tanış olub, velotrekdə qoşaçarcçıların məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.
Gənclərlə söhbət zamanı Respublika velotrekinin direktoru Ceyhun Mirzəyev və Respublika olimpiya velosiped məktəbinin direktoru Faiq Qurbanov bildiriblər ki, federasiya tərəfindən idmançıların ustalıq səviyyələrinin artırılması, onların beynəlxalq yarışlarda iştirakının təmin olunması üçün mümkün olan hər şey edilir və proses bundan sonra da davam edəcək