- Baxış sayı: 49
- 10 Dekabr 2024 15:20
- Baxış sayı: 47
- Dekabr 11, 2024
- 0
3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbində Azərbaycan deflimpiya komitəsinin nümayəndələri ilə şagirdlər arasında tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, görüş, uşaqların cəmiyyətə və idmana inteqrasiyasını təmin etmək, onların sosiallaşmasına dəstək olmaq məqsədilə təşkil edilib.
Toplantıya komitə əməkdaşları, dünya və Avropa çempionu, olimpiya oyunlarının mükafatçısı Rəsul Çunayev iştirak ediblər.
Görüş zamanı məktəb şagirdləri ilə səmimi ünsiyyət qurulub, idmanın uşaqların həyatındakı əhəmiyyəti vurğulanıb və onların gələcəkdə idman sahəsində uğurlar qazanması üçün dəstəyin davamlı olacağı bildirilib. Həmçinin tədbirin uşaqların motivasiyasını artırmaq və onları daha aktiv həyata təşviq etmək baxımından xüsusi əhəmiyyət qeyd edilib.
Sonda şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib.