- Baxış sayı: 78
- 03 Dekabr 2024 14:59
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Zirvə görüşləri”nə start verilib. Allsport.az saytı xəbər verir ki, layihənin əsas məqsədi idman sahəsində yüksək nailiyyətlər qazanana, tanınmış idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə motivasiyalarını artırmaqdır.
Layihə çərçivəsində ilk görüş cari ilin 7 oktyabr tarixində keçirilib. Görüşün qonağı Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucov olub. Tələbələr cüdoçumuzun çıxışını böyük maraqla qarşılayıblar. Belə ki, öz uğur hekayəsini tələbələrlə paylaşan Rüstəm Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rioda uğurundan danışan Rüstəm, orada Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib:
“Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim ucalara qaldırım”.
O, sonra tələbələrin suallarını cavablandırıb, dəyərli məsləhətləri ilə onlara stimul verib. Cüdoçumuz, eyni zamanda, bu cür görüşlərin çox əhəmiyyətli olduğunu, məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və intensiv inkişafla bağlı sevincini bildirib.