- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimiz hazırlıqlarını müxtəlif xarici ölkələrdə davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, bunlar kanoe üzrə 4-qat dünya və 4-qat Avropa çempionu Valentin Demyanenko, kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya və kanoe-slalomçu Yure Meqliçdir.
Adı ilk çəkilən idmançımız Belarusun Brest şəhərindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində şəxsi məşqçisinin rəhbərliyi altında xüsusi plan əsasında çalışır. Osipenko-Radomskaya isə Ukraynanın Kiyev vilayətindəki Obuxov avarçəkmə bazasında hazırlıq keçir. Hər 2 təmsilçimizin ilk ciddi sınağı 20 – 22 mayda Almaniyanın Duysburq şəhərində keçiriləcək dünya kubokunda olacaq.
Meqliç isə hazırda Sloveniyada təlim-məşq toplanışındadır. O, daha öncə Avstriya və İspaniyada da hazırlıq keçib. 32 yaşlı idmançını qarşıda Avropa çempionatı gözləyir. Mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək çempionat 4 gün davam edəcək.
Qeyd edək ki, Rio-2016-da kanoe-slalom yarışları 7 – 11 avqustda keçiriləcək. Kayakçı və kanoeçilər isə 15-20 avqustda mübarizə aparacaqlar. Valentin Demyanenko 1-nəfərlik kanoe qayığı ilə 200 metr, İnna Osipenko-Radomskaya 1-nəfərlik kayak qayığı ilə 200 metr və 500 metr məsafələrə yürüş edəcək. Yure Meqliç isə 1-nəfərlik kanoe-slalom qayığı ilə çıxış edəcək.