- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Rizəspor”un futbolçu Nikolay Morozyukun çılpaq görünməyi xoşlayan həyat yoldaşı İrina ötən ilin sonunda ərindən ayrıldığını etiraf edib. Allsport.az saytının məlumatına görə, model buna belə izah gətirib:
“Biz 6 ay əvvəl ayrılmışdıq. Öncə bir ara verdik. Bu, 2019-cu ilin oktyabrında idi. Belə qərara gəldik. Türkiyəyə köçəndə hisslər getdi? Qismən bəli. Həm onda, həm məndə. Kimdəsə daha çox. O, prosesə başladı, mən isə onu bitirdim.
Bizdə hər şey sakit idi. Heç bir qalmaqal və təhqir olmadı. Hər şey çox sentimental idi, çünki həqiqətən bir-birimizi sevir və hörmət edirik. Qorxunc və inanılmaz idi. Elə bir güclü sevgimiz vardı ki, bir gün belə olacağını düşünə bilmirdik. Ancaq hesab edirəm, belə yaxşıdır. Mən hələ də onu sevirəm? (fasilə) Mən onu sevirəm”.