- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AAAF park yaşayış kompleksinin yarış zalında beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə ağırlıqqaldıranların respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, qadınların mübarizəsindən sonra yarışın açılışında federasiyanın baş katibi Rizvan Rəsulovun nitq söyləyib:
“Hörmətli, yarış iştirakçıları, məşqçilər, idmançılar, digər qonaqlar. Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnirin təşkili münasibətilə hamımız təbrik edirəm. Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə yeni nəsili məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir. Hacıbaba Əskərovun ruhunu 1 dəqiqəlik sükutla yad etməyi vacib sayıram.
2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin yeniyetmələrin olimpiya oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birinci olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli qran-prilərdə də uğurlara nail olmuşuq. Qarşıda da bizi həm təsnifat yarışları, həm də Tokio oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram. AAAF adından hər kəsi Milad bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.