- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta üzərində qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az sizi həmin açıqlamalarla tanış edir.
– Oyun haqda nə deyə bilərdiniz?
– Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir.
– Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb, onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?
– Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməsi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.
– Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?
– Sözsüz ki, psixoloji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxmışdı.
– Razısınız ki, bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?
– Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyatı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.
– Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?
– Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, sabit futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futbolçudur. Ondan çox razıyam.
– Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?
– Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər.