- Baxış sayı: 30
- 25 Yanvar 2026 16:02
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

“Tottenhem” klubu “Liverpul”un sol cinah müdafiəçisi Endrü Robertsonun transferi üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, London təmsilçisi şotlandiyalı futbolçunu bu qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Əslində onların planı 31 yaşlı müdafiəçini yayda azad agent kimi transfer etmək olsa da, Ben Devisin ağır zədələnməsi bu prosesi sürətləndirib.