Rio oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində güləşçilərimizin heyəti məlumdur

15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində Rio-2016-ya vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, hər 3 milli komandalarımızın 6 üzvü olimpiya vəsiqəsi uğrunda yarışacaq.  Yarışın finalına yüksələn hər bir güləşçi Rio-2016-ya vəsiqəni təmin edəcək.

Sərbəst güləşdə ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadınlarımn mübarizəsində İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür. İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

Turnirin proqramı
15 aprel – 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma
16 aprel – 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma
17 aprel –  69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma

 

Həmin kateqoriyadan