“Roma”dan “Bayer Leverkuzen”ə keçir

“Bayer Leverkuzen” “Roma”nın müdafiəçisi Mario Hermosonu icarəyə götürməyə yaxındır.
Allsport.az xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələdədir. Klublar ispan futbolçunun maaşından “Bayer”in hansı payı ödəyəcəyi məsələsini müzakirə edirlər.
Hermoso ötən ilin sentyabrından “Roma”da çıxış edir. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 29 yaşlı mərkəz müdafiəçisi bütün turnirlərdə 13 oyun keçirib, bir qol vurub və iki sarı vərəqə alıb.

Həmin kateqoriyadan

azenrutr