Roman Qriqorçuk: “Ardıcıl qələbələr əlavə motivasiyadır”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi. Hər bir oyunçu özünə güvənirdi. Düzdür, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, mən və komandam düzgün yoldayıq. “Qəbələ” hazırda yaxşı oyun sərgiləyir. Bu hələ ki, bizim start meydançamızdır. Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdır. Çalışmalıyıq ki, daha da irəli gedək. Topaz Premyer Liqasında zəif komanda yoxdur. Futbolçularımın hər biri öz işindən həzz almalıdır. Ardıcıl qələbələr əlavə motivasiyadır. İndiki qələbə oyunçuları növbəti gözəl oyunlara kökləyir”.

Həmin kateqoriyadan