- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı nəticə qazandıq. Daha yaxşı futbol göstərə bilərdik. Nəzərə alsaq ki, meydança yaxşı vəziyyətdə deyildi, bu mənada oyunçulara güzəşt edə bilərəm. Növbəti oyunlara hazırlaşmalıyıq”.