Roman Qriqorçuk: “Matça tam hazır deyildik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Şadam ki, növbəti 3 xalımızı qazandıq. Oyun barədə isə şərh vermək istəmirəm. Çünki mən komandamın oyunundan narazıyam. Mənim üçün qələbə seriyasının fərqi yoxdur. Lənkərandakı oyun dərs oldu. Bu oyun eyni səviyyədə qalıb-qalmamağımızı yoxlamaq üçün bir dərs kimidir. Bəlkə də bəzi futbolçular düşünüb ki, bu rəqibi biz rahatlıqla məğlub edəcəyik. Oyunçularım matça tam hazır deyildilər. Əslində, mən bilirdim ki, nə vaxtsa bu durumla üz-üzə qalacağam. Amma bunun “Xəzər Lənkəran”la oyuna təsadüf edəcəyini düşünmürdüm”.

Həmin kateqoriyadan