“Ronaldu məni Kaliforniya gözəli ilə görüşdə biabır olmaqdan xilas etdi”

“Mançester Yunayted”in keçmiş futbolçusu Simpson həmin vaxtlardakı komanda yoldaşı olan Kriştianu Ronaldu ilə xatirələrindən danışıb.

Allsport.az goal.com-a istinadən xəbər verir ki, Simpson bir dəfə Ronaldunun onu biabır olmaqdan xilas etdiyini deyib:

“Bir dəfə mövsümöncəsi Los-Ancelesdə idik. Miss Kaliforniya gözəli ilə bir görüş təyin etdim. Ancaq bu, çox asan olmadı. Çünki görüşü gizli şəkildə etməyim lazım idi. Los-Ancelesdə bir restorana getdik, orada əyləşdik. Yemək yeyirdik və aramızda bir “elektriklənmə” olmadığı ortaya çıxdı. Görüş mənim adıma heç də yaxşı getmirdi. Həqiqətən də pis idim və biabır olacaqdım. Sonra birdən Ronaldu həmin vaxt çiynimə toxundu. Yuxarıya baxanda Ronaldunu görüb təəccübləndim. Ayağa qalxdım və onu qucaqladım. Bir az söhbət etdik. Daha sonra yenidən əyləşdik. Görüşə çıxdığım qadın mənə dedi: “Ronaldunu haradan tanıyırsan?” Mən isə Ronaldu ilə birlikdə “Mançester Yunayted”də oynadığımızı və çempionluq yaşadığımızı dedim. Həmin andan sonra görüşümün gedişatı dəyişdi və hər şey mənim üçün daha fərqli oldu”.

Həmin kateqoriyadan