- Baxış sayı: 26
- 25 Mart 2026 10:57
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
Ötən gecə İsveçrənin Surix şəhərində keçirilən “Qızıl top”un təqdimetmə mərasimində verilən səslərin faizi açıqlanıb.
Allsport.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafatı qazanan Kriştianu Ronaldu (Portuqaliya, “Real”) səslərin 37.66 faizini toplayıb.
Lionel Messi (Argentina, “Barselona”) 15.76 faiz səslə siyahının ikinci pilləsində qərarlaşıb. Manuel Noyer (Almaniya, “Bavariya”) isə ən az səs yığan (15.72) futbolçu olub.