Ronaldo üçün 35 milyonluq şok: Malikanəsini təcili satışa çıxardı

Kriştianu Ronaldu Portuqaliyanın Kaşkayş bölgəsində inşa etdirdiyi 35 milyon avroluq malikanəsini tikinti başa çatdıqdan cəmi iki həftə sonra satışa çıxarıb.

Allsport.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun mülkdə gözlədiyi məxfiliyin təmin olunmamasıdır. Məlum olub ki, malikanənin həyəti və daxili hissəsi qonşuluqdakı qolf klubunun dayanacağından aydın görünür. Klub rəhbərliyi və qonşu torpaq sahibləri ilə kompromis əldə edə bilməyən Ronaldu vətənində məskunlaşmaq planından vaz keçib.

Ulduz hücumçu bənzər problemi 2021-ci ildə də yaşamış, milli park yaxınlığındakı villasının bəzi hissələri qanunsuz tikili olduğu üçün sökülmüşdü. Hazırda futbolçunun əsas iqamətgahı BƏƏ-dəki yüksək mühafizə olunan “Milyonçular adası” hesab olunur.

Həmin kateqoriyadan