- Baxış sayı: 32
- 08 Aprel 2025 21:56
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu ötən ilin ən çox maaş alan idmançısı seçilib.
Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu 2024-cü ildə təxminən 248 milyon avro qazanc əldə edib.
İkinci yerdə “Qolden Steyt Uorriors”un basketbolçusu Stefen Kerri (146 milyon avro), üçüncü yerdə isə boksçu Tayson Fyuri (140 milyon avro) qərarlaşıb. Ronaldunun əbədi rəqibi, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi büdcəsinə 129 milyon avro əlavə edərək, dördüncü yeri tutub. İlk beşliyi “Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms (127 milyon avro) tamamlayıb.