Ronaldunun anası: “Bunların hamısı yalandır”

“Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldu və sevgilisi Corcina Rodriqezin arasında baş verən hər hadisə gündəm olur.

Allsport.az xəbər verir ki, keçən ay onların ayrıldığı ilə bağlı xəbərlər yayılmışdı. Cütlük bu iddiaların ardından sosial şəbəkələrdə şəkillərini paylaşaraq ayrılıq xəbərlərini yalanlayıblar.

Çıxan xəbərlər yalnız Corcina və Ronaldunu deyil, onların ailələrini də çox kədərləndirib.

Kriştianunun anası Dolores Aveiro, bu xəbərlərə belə münasibət bildirib:

“Hər cütlüyün münasibətində mübahisələr olur, amma bunların hamısı yalandır”.

Həmin kateqoriyadan