- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldunun bioloji yaşı real yaşından xeyli aşağıdır.
Allsport.az xəbər verir ki, peşəkar fitnes izləmə cihazları istehsal edən “Whoop” şirkəti 40 yaşlı Ronaldunun sağlamlıq göstəriciləri barədə məlumat yayıb.
Tədqiqata əsasən, onun bioloji yaşı 28.7 il təşkil edir.
Portuqaliyalı ulduz bu nəticəyə reaksiya verərək həmin nəşri öz səhifəsində paylaşıb və yazıb:
“Məlumatlar yalan danışmır 😜”