Ronaldunun oğlu “Real”da

“Real Madrid” əfsanəvi hücumçusu Kriştianu Ronaldunun irsini davam etdirməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, portuqaliyalı ulduzun 15 yaşlı oğlu Kriştianu-kiçik, artıq “kral klubu”nun akademiyasında (U-16) məşqlərə başlayıb.

“Əl-Nəsr”in yetirməsi olan gənc hücumçu ötən il Portuqaliyanın U-15 və U-16 milli komandalarına dəvət alıb. Atası Kriştianu Ronaldu isə 9 il ərzində “Real” köynəyi ilə 438 oyuna 450 qol sığdıraraq klubun tarixinə düşüb.

Həmin kateqoriyadan