FOTO
Ronaldunun sevgilisi Ərəbistan şəraitinə uyğun yaşamağa başlayıb

Futbol həyatını Səudiyyə Ərəbistanında davam etdirən Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes yeni üslubunu paylaşıb. Allsport.az saytı xəbər verir ki, illik 200 milyon avro qarşılığında “Əl Nəsr” ilə müqavilə imzalayan potuqaliyalı ulduz bu qərarı ilə dünyanı heyrətə gətirib.

Onun hadisələrlə dolu transferindən sonra, Səudiyyə Ərəbistanında ölkə qanunları cütlüklərin nikahsız bir dam altında yaşamalarını qadağan edir və onun Corcina ilə necə yaşayacağı maraq doğururdu. Lakin Ronaldu və Rodriqesin birgə yaşaya bilməsi üçün bu ölkədən xüsusi icazə alınıblar.

Əvvəllər açıq geyimləri ilə diqqət çəkən Corcina da yeni evinin şərtlərinə uyğun yaşamağa başlayıb. Səudiyyə Ərəbistanında şəriət qaydalarına görə açıq-saçıq geyimlər geyinmir. Yeni həyatından fotoları tez-tez paylaşan gözəlçə, bir müddət əvvəl saç düzümündə dəyişiklik edib. Əvvəlki düz saç əvəzinə hörüklü saça keçən argentinalı modelin paylaşdığı şəkillər bəyənilib.

Həmin kateqoriyadan