Rövşən Bayramov: Ardıcıl 3-cü dəfə olimpiya oyunlarında fərqlənmək istəyirəm

Sərbəst və yunan-Roma güləşçilərindən ibarət yığma komandalarımız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurublar. Allsport.az xəbər verir ki, 15 gün paytaxtdan kənarda hazırlaşan pəhləvanlarımız, hazırlıqdan tam razı qalıblar. Bunu saytımıza açıqlamada Rövşən Bayramov (57 kq) da təsdiqlədi. «Klassiklər»in lideri bildirdi ki, indi qarşıda duran hədəfi Rio-2016-da bir daha uğurlu çıxış etməkdir:

«Pekin və London olimpiadalarında fərqlənməyə müvəffəq olmuşam, hər ikisində gümüş medal qazanmışam. Bu olimpiya mərhələsində daim formada olmasam da, indi yaxşıyam. Rioda hədəfim bəllidir: 3-cü dəfə olimpiya oyunlarında yüksək yer tutmaqla, ən çox mükafata yiyələnən olimpiyaçı kimi Azərbaycan idmanı tarixinə düşmək istəyirəm».

Həmin kateqoriyadan