- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İslam oyunlarında ağırlıqqaldıranların çıxışında Rövşən Fətullayev (94 kq) bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, yarışdan sonra sevinc hisslərini bölüşüb və zəhməti olan hər kəsə təşəkkürünü bildirib:
“İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarımı Tofiq Heydərovun sayəsində AAAF Park Yaşayış Kompleksində keçdim. Həqiqətən də o, federasiyaya gələndən sonra çox işlər görülüb, qazanılan medalların sayı artıb. Mən burdan Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova da öz minnətdarlığımı bildirirəm. Bu gün onu gördüm, çox qürurlandım.
Mükafatlandırma mərasimində medalı mənə o təqdim etdi və dedi ki, olimpiadada görüşərik. Mən məşqçim Hafiz Süleymanova da təşəkkürümü bildirirəm. O, mənimlə çox əziyyət çəkdi. Mənim rəqiblərim də çox güclü idi. Bu sırada Özbəkistan və İran idmançılarını demək olar. Əsas rəqiblərimdən biri də Misir idmançısı idi. Şükürlər olsun ki, gücümü göstərdim və medalımı qazandım”.